Məkkədə dünyanın ən böyük oteli inşa olunur. Bu barədə yanvarın 13-ü Bakupost.az xəbər verib.
Abraj Hudai adlanan yeni mehmanxana binası 12 qüllədən və 45 mərtəbədən ibarət olacaq. Qüllələrin dördündə vertolyot meydançaları salınacaq. Otelin ümumi sahəsi 1,4 milyon kvadrat metr olacaq. Burada 70 restoran və 10 min nömrə fəaliyyət göstərəcək. Bildirilib ki, Abraj Hudai, əsasən, Həcc zəvvarları üçün nəzərdə tutulub.
Hazırda Məkkədə insan sayına görə ən böyük otel “Hotel Pullman Zamzam Makkah”-dir. Orada 1315 nömrə yerləşir. Dünyanın isə ən nəhəng oteli Malayziyanın “First World Hotel” otelidir. Mehmanxananın 7351 nömrəsi var.