İki illik fasilədən sonra Peyğəmbər (s) məscidində Ramazan iftar süfrələri bərpa olunacaq. Bu barədə yanvarın 14-də İQNA xəbər verib.

Məscidin İşləri üzrə Agentliyin verdiyi məlumata əsasən, iftar süfrələri ciddi sağlamlıq protokolları altında təşkil olunacaq. Bildirilib ki, iftar vermək istəyənlər yeməkləri mütləq olaraq təsdiq olunmuş qida şirkətlərindən almalıdır.

Yemək zamanı bir masa arxasında maksimum 5, bir süfrə arxasında isə ən çox 12 nəfərin oturmasına icazə veriləcək. Bu qaydalar üzü qibləyə oturmaq şərti ilə tərtib olunub.

Məscidun-Nəbidə koronavirusa görə iftar süfrələrin təşkili 2020-ci ilin 24 aprel tarixindən etibarən dayandırılıb. Ramazan ayında burada açılan süfrə dünyanın ən uzun yemək süfrəsi hesab edilirdi.