17-ci Beynəlxalq Quran müsabiqəsinin virtual formatda keçirilməsi planlaşdırılır. Bu barədə yanvarın 13-də İQNA xəbər verib.
Müsabiqə Əlcəzairdə “Qurani-Kərimi tərtillə oxu” şüarı ilə təşkil olunacaq. Əlcəzairin Dini İşlər və Vəqflər Nazirliyi bildirib ki, koronavirusa görə bu il tədbiri əyani keçirmək mümkün olmayacaq.
Yarışmada yaşı 25-dən az olan və əvvəlki müsabiqələrdə birinci yerdən üçüncü yerə qədər yer tutmayan hafizlər iştirak edə bilər. Həmçinin məşhur və peşəkar qarilərin bu müsabiqədə iştirakına icazə verilmir. Əlcəzair höküməti İslam ölkələrini və Qərb ölkələrinin İslam qurumlarını bu müsabiqəyə qatılmağa dəvət edir.
16-cı Əlcəzair Beynəlxalq Quran Yarışı 2019-cu ildə keçirilib. Müsabiqənin qalibi əlcəzairli Əhməd Hərkat olub. Yarışma hər il İslam Peyğəmbərinin (s) meracının ildönümü münasibəti ilə təşkil olunur.