İslamda sağlamlığı qorumaq önəmli məsələlərdən biridir. Bir sıra müasir müalicə üsulları sırasında Peyğəmbərin (s) tibbi nəsihətləri də yer alır. Bunlardan biri isə hicama adlanan qanalma müalicəsidir.
“Hicama” sözü ərəb dilindən “sovurmaq” kimi tərcümə edilir. Bu o deməkdir ki, insan organizmində olan çirkli qan vakuum vasitəsilə bədəndən çıxarılır. Hicaməti mütləq şəkildə mütəxəssis yanında və təmiz şərəitdə etdirmək lazımdır. Bakının şəhər klinikalarında demək olar ki bu xidmət göstərilmir. Lakin sözügedən müalicə üsulu ilə fərdi şəkildə bir sıra mütəxəssis məşğul olur. Qiymətlər isə bir seansa görə 20-50 manat civarında dəyişir.
Şəriətdə hicamət etdirmək müstəhəb əməl hesab edilir. Peyğəmbər buyurub: “Cəbrayıl mənə hicamət etməyi elə tapşırdı ki, onun vacib olduğunu sandım”. İmam Sadiq (ə.s) isə belə buyurub: “Hicamət olunan yerdən bədənin zəhərindən başqa bir şey xaric olmur”.
Həkimlər hicamanın bir sıra faydalarını sadalayır. Bunlar qan hüceyrələrinin yenilənməsi, qanda çırkli qarışıqların təmizlənməsi və immun sisteminin qüvvətlənməsidir. Bundan əlavə, sözügedən terapiya hipertaniya xəstələrinə müsbət təsir gösərir və qanın qatılığını 20-30% azaldır. Bu müalicə növündən hətta şəkər xəstələri də faydalana bilər. Belə ki, şəkərdən əziyyət çəkən insanlarda maddələr mübadiləsi pozulur. Hicamadan istifadə edənlərin sözlərinə görə, seanslardan sonra onlar tənbəllik, baş ağrısı, dəri səpgiləri, bel ağrısı, miqren, astma və yuxarıda sadalanan problemlərdən azad olublar.