Həzrəti Əbəlfəzlin (ə.s) hərəmində Peyğəmbərin (s) həyat tərzi haqqında müsabiqə keçiriləcək. Bu barədə hərəmin saytında məlumat verilib.
Müsabiqə Peyğəmbərin (s) tərcümeyi-halından, həyat fəaliyyətindən və özü haqqında faktları təqdim etməkdən ibarətdir. Yarışmanın keçirilməsində əsas məqsəd Allah Rəsulunun (s) həyatı barədə alim və tədqiqatçıların araşdırmalarını üzə çıxarmaqdır.
Müsabiqə iştirakçıları üçün əsas şərt təqdim olunan dissertasiyanın ərəb dilində yazılması və bundan əvvəl heç yerdə nəşr olunmamasıdır. Bundan əlavə, toplanılan materiallar iki nüsxədən, “word” formatı və kağız üzərində yazılan nüsxədən ibarət olmalıdır. Həmçinin dissertasiyanın tutumunun 500 səhifədən az olması zəruridir.
Materialların qəbulu bu ilin fevralın 28-dən başlayacaq və oktyabrın 18-dək davam edəcək. Məlumata görə, qaliblər növbəti ilin fevralın 18-də açıqlanacaq. Qaliblərə pul mükafatının təqdim ediləcəyi də qeyd olunub.
- 1-ci yer 2.5 milyon İraq dinarı (təqribən 3000 manat)
- 2-ci yer 2 milyon İraq dinarı (təqribən 2400 manat)
- 3-cü yer 1.5 milyon İraq dinarı (təqribən 1800 manat)
- 4-cü yer 1 milyon İraq dinarı (təqribən 1200 manat)
- 5-ci yer 500 min İraq dinarı (təqribən 600 manat)
Müsabiqəyə qatılmaq və ətraflı məlumat üçün ziyarətgahın saytına müraciət etmək olar.