Fransada ölkənin Müsəlmanlar Şurası ləğv edilir. Bildirilib ki, şuranı digər bir qurum əvəz edəcək. Bu haqda yanvarın 11-i İQNA xəbər verib.

Fransa Müsəlman Etiqad Şurasının prezidenti Məhəmməd Musəvi qurumun artıq fəaliyyət göstərə bilmədiyini deyib. O, şuranın ləğvi fikrini də dəstəkləyib.

Daxili işlər naziri isə yeni qurum olan Fransadakı İslam Forumunun xarici hökumətlərin təsirindən kənarda qalmasını istəyir.