Keniya şiələrinin mənəvi rəhbəri Şeyx Abdulla Nasir vəfat edib. Bu barədə 11 yanvarda İQNA xəbər verib.

Alim Əhli Beytə (ə.s) qarşı olan eşqini belə açıqlayıb: “Mən Əmirəlmöminin Əlinin (ə.s) fəzilətləri ilə tanış oldum. Tədricən hiss etdim ki, Əli ibn Abu Talib (ə.s) Allah Rəsulundan sonra ən böyük müsəlmandır. Bir müddət sonra rəhmətlik Əllamə Əmininin “Əl-Qədir” kitabını aldım. Onun birinci cildini oxuyandan sonra şiəliyin haqq olduğunu dərk etdim. Sonra şiə məscidinə getdim. Bundan sonra çoxlu kitablar oxudum və nəhayət, şiə oldum”.

Şeyx Abdulla Nasir bir çox kitabların müəllifidir. O, Əhli Beyt (ə.s) aşiqlərin sayının artmasında mühüm rol oynayıb.

Şəkil: İQNA.ir