İran Azərbaycanla quru sərhədlərini açıb. Bu barədə yanvarın 11-i APA xəbər verib.
İranın daxili işlər naziri Əhməd Vahidinin sözlərinə görə, ölkəyə giriş üçün PCR testinin olması vacibdir.
“Omicron” ştamına yoluxma sayının artmasına görə dekabrın 25-dən İran 15 gün müddətinə qonşu ölkələrlə quru sərhədlərini bağlayıb.