Ayətullah əl-Üzma Məkarim Şirazi Azərbaycan şiələrini Bakıda Xanım Zəhra (s.ə) məscidinin açılışı münasibətilə təbrik edib. Bu haqda yanvarın 11-i interaz xəbər verib.

Alim öz təbrikində məscidin açılışı və orada camaat namazının qılınması barədə  xəbər tutduğunu bildirib. “Azərbaycan Respublikası şiələrini və xüsusən də o bölgənin alimlərini təbrik edərkən bu məscidin yenidən qurulmasında, başa çatdırılmasında və açılışında əməyi olan hər bir məsul şəxsə təşəkkür etməyi lazım bildik”, – deyə Məkarim Şirazi qeyd edib.

Uzun müddət bağlı qalan Yeni Günəşli Xanım Zəhra (s.ə) məscidinin açılış mərasimi yanvar ayının 6-da baş tutub. Tədbirdə Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva iştirak ediblər.