Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə yanvarın 12-si Roma Papası ilə görüşəcək. Bu barədə Report xəbər verib.
Sabah Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfər edəcək. Səfərin yanvarın 17-dək davam edəcəyi gözlənilir. Heyətə Azərbaycanda olan dini konfessiyaların rəhbərləri də olacaq.
Görüşdə Qarabağda dini irsin bərpası, ibadətgahların qurulması və Azərbaycanda multikulturalizm mövzuları barədə müzakirələr aparılacaq.
Son dəfə Roma Papası Fransisk Azərbaycana 2016-cı ilin oktyabrında səfər edib. O, Prezident İlham Əliyev və ailəsi ilə görüş keçirib. Bundan əlavə Papa Fransisk Heydər məscidini və Məryam Katolik kilsəsini ziyarət edib.