Yanvarın 10-u Seyyid Əli Sistani Nəcəfin əl-Həkim kitabxanasının nümayəndə heyətini qəbul edib. Bu barədə shafaqna xəbər verib.

Nümayəndələr kitabxananın idarəçiliyinə və təhlükəsizliyinin təmin olunmasına görə Seyyid Sistaniyə öz təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, İmam əl-Həkim kitabxanası Nəcəf şəhəri üçün mühüm əhəmiyyət kəsb edir. Çünki Nəcəf seminariyası dünyaca məşhur və önəmli elm mərkəzlərindən biri hesab edilir. Bu səbəbdən şəhərin kitabxanasının fəaliyyəti vacib məsələlərdən biridir.

Ötən ilin dekabrından etibarən Ayətullah Sistaninin ictimaiyyətlə görüşləri bərpa edilib. Dekabrın 14-də fəqih xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlarla görüşüb. Lakin BMT-nin İraq üzrə nümayəndəsi Jeanine Hennis Plasschaertlə görüşdən Seyyid Sistani imtina edib.