Məscidün-Nəbidə ziyarətçilərin təhlükəsizliyi və sağlamlığı üçün qabaqlayıcı tədbirlər görülüb. Bu barədə 10 yanvar tarixində İQNA xəbər verib.
Məlumata görə, məscidin Baş Rəyasət Heyəti ziyarətçiləri maskadan istifadə etməyə, ara məsafəni saxlamağa və bu kimi ehtiyat tədbirlərə riayət etməyə çağırır. Əlavə olaraq, xalça, şlaqbaumlar, sütunlar, Qurani-Kərim çəkməcələri, stullar və digər yerlərdən laboratoriyada yoxlamaq üçün nümunələr götürülüb.