Yanvarın 9-u İranın Qum şəhərində azərbaycanlı alim Ayətullah Fazil Lənkəraninin anım mərasimi keçirilib. Bu barədə ABNA24 xəbər verib.

Anım mərasimi fəqihin mərhum həyat yoldaşının 40 məclisi ilə eyni günə salınıb. Tədbir “Əimməi Əthar Fiqih Mərkəzi”-nin məscidində təşkil olunub. Mərasimdə bir sıra alim və ruhani Xanım Zəhranın (s.ə) şəhadəti barədə çıxışlar da ediblər.

Dekabrın 14-dü Ayətullah Fazil Lənkəraninin həyat yoldaşı xanım Lacevardi vəfat edib. Onun dəfn mərasimi Xanım Məsumənin (s.ə) hərəmində keçirilib.