İmam Kazim (ə.s) buyurub: “Mürvətinizə xələl yetirmədən və israfa yol vermədən halal istəklərinizi əldə etməklə nəfslərinizi dünya nemətindən bəhrələndirin və bu vasitə ilə öz dini işlərinizi yerinə yetirmək üçün kömək alın. Çünki rəvayət olunub ki, dünyasını dininə görə tərk edən, ya dinindən öz dünyasına görə üz döndərən kəs bizdən deyil”.
(Biharul-Ənvar, c.78, səh.321, hədis18)