Fransada vəkillər kollegiyasının peşə hazırlığı məktəbinin buraxılış mərasimində məktəb administrasiyası müsəlman qadından hicabını çıxarmğı və ya zalı tərk etməyi tələb edib. Bu barədə 7 yanvarda İQNA xəbər verib.
Qadın bununla razılaşmadığına görə, məktəbin əməkdaşları onu heç kimin görməməsi üçün ondan arxada əyləşməsini tələb ediblər. Bu rəftar tədbir iştirakçıları tərəfindən tənqid olunub.