Bakının bir çox məscidlərində Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadəti ilə əlaqədar anım mərasimləri təşkil olunub.
5 yanvar tarixindən üç gün ərzində Məşədi Dadaş, Xanım Fatimeyi-Zəhra, Qasımbəy, Şah Hüseyn və digər məscidlərdə Əyyami Fatimiyyə məclisləri keçirilib. Mərasimlərdə xütbələr deyilib, ehsanlar verilib və roizəxanlar tərəfindən mərsiyələr oxunub.
Peyğəmbərin (s) qızı Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadət günləri hər il möminlər tərəfindən matəm kimi qeyd olunur. Həmin günlərə “Əyyami Fatimiyyə”, yəni Fatimə günləri deyilir və matəm 20 gün müddətində davam edir. Dünən Əyyami Fatimiyyənin son günü idi. Bu 20 gün müddətində hər gün dünya və Azərbaycan məscidlərində Xanımın şəhadəti anılıb.