Belə nəql edirlər ki, qırx il müsəlmanlar üçün bir kişi azan deyərdi. Bir gün azan demək üçün minarəyə çıxıb. Qurtarandan sonra ordan məscidin ətrafına baxmağa başlayır ki, bir evin bağında əl-üzünü yuyan başı açıq qızı görür. Azançı bu qıza aşiq olur. Qız evə girdikdən sonra kişi onların evinə gəlib qapıların döyməyə başlayır. Qızın atası qapını açıb azançını qapıda görəndə təəccüb edərək soruşur:
– Nə işin var?
Azançı cavab verir:
– Qızına elçiliyə gəlmişəm.
Ev sahibi heyrətə gələrək deyir:
– Biz müsəlman deyilik. Bizim məshəbimiz “Zərdüşt” məzhəbidir. Biz öz dini qaydamıza görə müsəlmana qız verə bilmərik. Hər kəs istəsə bizimlə qohum olsun, bizim dinimizi qəbul etməlidir.
Azançı bir az fikirləşəndən sonra onların dinlərinin qəbul etməsinə razı olur. Qızın atası da, sanki belə bir fürsət axtarırdı ki, bir müsəlmanı İslam dinindən çıxarıb öz dininə çəksin.
Müəyyən vaxt keçdikcə bəy nişanlısının evinə gedir. Hər şeydən öncə onun yeni dinə daxil olmasının bayramını, bundan sonra isə toy mərasimini keçiriblər. Toydan sonra bəy tələsərək evin pillələrilə yuxarı qaçıb, ayağı sürüşüb və oradan yıxılan kimi dünyasını dəyişir.
“Nəfsani istəklərinə uyma ki, səni Allahın yolundan azdırar”. (Sad surəsi, 26)