Yeni Günəşli Xanım Zəhra (s.ə) məscidinin dini icması qurulub. Məscidə yeni axund təyin olunub. Bu barədə yanvarın 6-sı Report xəbər verib.

İbadətgahın icma sədri İlqar Abdullayev, axundu isə Surxay Əhmədovdur. İcma sədrinin sözlərinə görə, hazırda hər ikisi məsciddə axundluq edir. Dünən açılışdan sonra burada camaat namazı da qılınıb.

Yanvarın 6-sı Bakıda, Yeni Günəşlidəki Xanım Zəhra (s.ə) məscidinin açılışı keçirilib. Bundan əvvəl tikinti işləri yarımçıq qalmışdır və insanlar ibadətlərini məscidin həyətində edirdilər. Həmin dönəmdə ibadət evinin axundu ilahiyyatçı Hacı Ramil Bədəlov idi.