Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadəti ilə əlaqədar Məşədi Dadaş məscidində onlayn məclis keçirilir. Bu barədə ilahiyyatçı Hacı Şahin Həsənli öz facebook hesabında məlumat verib.

Əza məclisləri yanvarın 5, 6 və 7-si tarixələrində keçiriləcək. Mərasimlər axşam saat 20:00-da başlayır. Məclisi Hacı Şahinin facebook səhifəsi və ya youtube kanalından izləmək mümkündür.

Dünən, yanvarın 5-i Məşədi Dadaş məscidində Xanım Zəhraya (s.ə) onlayn şəkildə matəm məclisi qurulub. Şah Hüseyn məscidində isə əza məclisləri gündəlik olaraq qurulur. Mərasimlərdə xütbələr deyilir, mərsiyələr oxunur.