Məscid Bakıda, İçərişəhərdə, Məmmədyarov küçəsi 47-də yerləşir. İbadət evi neft mesenatı Murtuza Muxtarovun dəstəyi ilə 1895-ci ildə başqa bir köhnə məscidin yerində inşa edilib. Bu ibadətgah İçərişəhərdə tikilmiş son məscid hesab olunur.
Məscid yonulmuş sal daşlardan tikilib və üç ibadət zalından ibarətdir. İbadət evinin bir minarəsi və bir günbəzi var. Günbəz və minarə də sal daşlarla işlənib. Minarənin hündürlüyü 25 metrdir.
Məsciddə 2014-cü ildə təmir-bərpa işləri aparılıb. Avstriyalı mütəxəssis Erix Pummeran ibadət evinin bərpası üçün Bakıya dəvət edilmişdir.
İbadətgah məscid-muzey kimi fəaliyyət göstərir. Burada Azərbaycanın bütün bölgələrindən yığılmış Quran kitabının müxtəlif dövrlərin nəşrləri təqdim edilir.
Bəylər məscidi ölkə əhəmiyyətli memarlıq abidəsi hesab olunur.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- https://www.nargismagazine.az
- Fərhadoğlu Kamil. İçərişəhər. Bakı-2006.