İlahiyyatçı Hacı Şahin Həsənli şəhid ailələri ilə görüşlər keçirib. Son iki ayda ruhani 10-dan çox şəhidin anım mərasimlərində iştirak edib. Bu barədə Hacı Şahinin saytında məlumat verilib.
Noyabr ayından etibarən ilahiyyatçı Bakı, Ceyranbatan, Sabirabad, Səlyan, Bilasuvar, Xaçmaz, Sumqayıt, Biləcəri rayon və şəhərlərində şəhid ailələrini ziyarət edib.