Azərbaycanda 2009-cu ildən dövlət qeydiyyatına 971 dini qurum alınıb. Onların 934-ü İslami, 37-si qeyri İslamidir (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2). Bu barədə scwra.gov.az xəbər verib.
Ümumiyətlə ölkədə 2253 məscid, 748 ziyarətgah, 16 kilsə, və 7 sinaqoq fəaliyyət göstərir. Dövlət qeydiyyatında, həmçinin 10 dini təhsil ocağı yer alıb.
İşğaldan azad olunmuş ərazidə 67 məscid (Şuşada 18, Ağdamda 5, Füzulidə 19, Zəngilanda 6, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 3, Kəlbəcərdə 2, Xocavənddə 1), 139 məbəd, 192 ziyarətgah qeydə alınıb. Məscidlərin ikisi istisna olmaqla bütün məscidlər dağıdılıb.