Yanvarın 4-də şəhid ailələri üçün xeyriyyə aksiyası keçirilib. İkinci Qarabağ müharibəsi qaziləri və şəhid ailələri üçün Azərbaycana 100 əlil arabası gətirilib. Bu barədə hacishahin.az xəbər verib.

Aksiya Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı və Milli Məclisin Gənclər və İdman komitəsinin dəstəyi ilə təşkil olunub. Bununla əlaqədar Bakıda tədbir keçirilib. Tədbirdə ictimaiyyət adından ilahiyyatçı Hacı Şahin çıxış edib. Sonda o, digər qonaqlarla birlikdə arabaların birini sahibinə təqdim edib.