Yanvarın 4-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Şamaxı şəhərinə səfər edib. Səfər çərçivəsində o, Pirsaat Baba kompleksini ziyarət edib. Bu barədə QMİ-nin mətbuat xidməti məlumat verib.

Şeyxülislam Pirsaat kompleksinin tikinti və abadlaşdırma işləri ilə tanış olub, orada namaz qılıb və dualar edib. Daha sonra Allahşükür Paşazadə Şamaxının Şəhidlər xiyabanını ziyarət edib.

2019-cu ildə baş vermiş zəlzələdən sonra sözügedən kompleksdə təmir-bərpa işləri aparılıb. Ötən ilin noyabrın 1-i Pirsaat kompleksinin açılışı olub.