İmam Hüseyn (ə.s) hərəmi xaricdə olan xəstənin müalicə haqqını öz üzərinə götürüb. Bu barədə yanvarın 4-də ziyarətgahın saytında məlumat verilib.
Bildirilib ki, İranda müalicə alan Çasib Xazal adlı bir kişinin sağalması üçün yetərincə pul çatmırdı. Lakin sosial media vasitəsilə hərəmə edilən müraciətdən sonra ziyarətgah tərəfindən xəstənin müalicəsi üçün maddi yardım ayrılıb. Göndərilən yardımın ümumi məbləği isə 9 milyon İraq dinarı (təqribən 10500 azn) təşkil edib.