İraqda bu ilin ilk ümummilli Quran müsabiqəsi keçiriləcək. Tədbirin mart (şaban) ayında baş tutacağı bildirilib. Bu barədə yanvarın 4-ü İQNA xəbər verib.

Müsabiqə ölkənin İslami Ayinlər Cəmiyyəti tərəfindən təşkil olunur. İştirak edən hafizlər Quranı İraq üslubunda tilavət edəcəklər. Tədbirdə iştirak dəvəti qazanmaq üçün fevral ayında İraqın müxtəlif əyalətlərində müsabiqələr keçiriləcək.