Çeçenistanın paytaxtı Qroznıda Məhəmməd Peyğəmbərin (s) kölgəsində dincəldiyi zeytun ağacının tomurcuqunu əkmək qərarına gəlib. Bu barədə yanvarın 3-ü grozny-inform xəbər verib.
Ötən ilin dekabrında Çeçenistanda həmin ağacın bənzərinin açılışı olub. Lakin ölkə rəhbəri Ramzan Kadırov burada orijinal ağacın əkilməsini təklif edib. O bu təklifin yaxın zamanlarda gerçəkləşəcəyini bildirib. Kadırovun sözlərinə görə, layihənin reallaşması üçün İordaniya hakimiyyətinin yardımı ilə işlərə başlanılıb.
Allah Rəsulu (s) Suriyaya ticarət səfəri zamanı İordanyada bitən zeytun ağacının kölgəsində dincəlib. Bugün həmin ağac hələdə yaşayır və ona “sonuncu sağ olan səhabə” adı verilib.