Həzrəti Əbəlfəzl Abbasın (ə.s) hərəmi 1000 yoxsul uşağa qış paltarları paylayıb. “İstilik karvanı” adlı xeyriyyə kampaniyası Seyyid Əli Sistanin ofisi və Həzrəti Abbas (ə.s) hərəminin təşəbbüsü ilə həyata keçirilib. Bu barədə yanvarın 2-si hərəmin saytında xəbər verilib.

Məlumata görə, 4 il əvvəl hərəmin nəzdində açılan mərkəz hər il kimsəsiz uşaqlara qayğı göstərir. Lakin İraqda soyuq hava şəraiti ilə əlaqədar ilk dəfə olaraq azyaşlılara isti geyimlər də təqdim olunub.

Aksiyanın həyata keçirilməsində 100-dən çox könüllü iştirak edib.

Ötən ilin dekabrında İmam Hüseyn (ə.s) hərəminin təşəbbüsü ilə İraqda sosial yardım aksiyası keçirilib. Hərəm dünyaya yenicə gəlmiş körpələrin doğum xərclərini öz üzərinə götürüb.