Fransanın daxili işlər naziri Jerald Darmanin ölkədə artan islamofobiyadan narahatdır. O, müsəlmanlara qarşı göstərilən nifrəti pisləyib. Bu barədə yanvarın 2-si İQNA xəbər verib.
Məlumata görə, nazir insanların anti-islam davranışlarını Fransa Respublikasının dəyərlərinə zidd adlandırıb. Jerald Darmanin baş verənlərdən sonra müsəlmanlara dəstək olduğunu bildirib. O, həmçinin insanları islamofob hücumlara məruz qalanları himayə etməyə çağırıb.
Ötən ilin dekabr ayının əvvəlində ekstremizm ilə mübarizə adı ilə Fransada 21 məscid bağlanıb. Dekabrın 28-i ölkənin Mure və Domene əyalətlərindəki məscidlərə hücum edilib. Dekabrın 29-u isə Uaza adlanan ərazidəki məscid bağlanıb. Bundan əlavə, 2021-ci ilin dekabrında Fransanın Müluz şəhərində müsəlman qəbiristanlığında onlarla məzar dağıdılıb.