Müsəlman xanım və bəylərin tanışlığı üçün “Muzmatch” adlı sosial şəbəkə yaradılıb. Yeni tətbiq müsəlmanların tanışlığı və sonradan ailə həyatı qurmaları üçün nəzərdə tutulub. Bu barədə yanvarın 1-i İQNA xəbər verib.
Tətbiqin yaradılmasının əsas məqsədlərindən biri də müsəlmanların dinin qadağan etdiyi paylaşım və əməllərdən uzaq olmasıdır. Belə ki, müsəlmanlar digər sosial şəbəkələrdə ünsiyyət qurduqda haram kontentlə qarşılaşırlar.
Proqram Şahzad Yunis adlı şəxs tərəfindən hazırlanıb. O, tətbiqi 2011-ci ildə tərtib etməyə başlayıb. 2014-cü ildə isə Yunis 9 illik bank karyerasını yarıda qoyaraq kod yazmağı öyrənib. Yalnız 2020-ci ildə o, “Muzmatch” platformasını tam hazır edib. Sözügedən mobil tətbiqi “playmarket” və “appstore”-dan yükləmək mümkündür.
Ötən il müsəlmanlar üçün “SalamWeb” adlı təhlükəsiz brauzer istifadəyə verilib. Brauzer alkoqol, pornoqrafiya, azyaşlılara uyğun olmayan və müsəlmanları təhqir edən məzmunu blok edir. Tətbiq ilk dəfə 2017-ci ildə Malayziyada istifadə olunub.