ABŞ-ın Konnektikut ştatında ilk hicablı teleaparıcı çalışmağa başlayıb. Aya Cəlal adlı müsəlman aparıcı əslən misirlidir. Hazırda o, CBS kanalında xəbər proqramının aparıcısı vəzifəsində çalışır.
Bundan əvvəl Aya Cəlal WFSB xəbər agentliyinin müxbiri olub. “Hicabıma görə heç bir xəbər kanalının mənim efirdə çıxış etməyimi qəbul etməyəcəyindən qorxurdum”, – deyə aparıcı bildirib.