Gələn ilin Ramazan və Qurban bayramlarının tarixi açıqlanıb. Bu barədə dekabrın 30-u Allahşükür Paşazadənin facebook hesabında məlumat verilib.
Paylaşılan təqvimdə qeyd olunub ki, 2022-ci ilin Ramazan ayı aprel ayının 2-si başlayacaq və may ayının 2-3-dək davam edəcək. Qədr gecələri isə aprelin 19, 21, 23 və 27-nə təsadüf edəcək.
Bundan əlavə növbəti il Qurban bayramının 9-10 iyul tarixinə, Qədir-Xum bayramının isə 17-iyul tarixinə düşməsi də bildirilib.