Yas mərasimlərinə qoyulan qadağalara “omicron” ştamının Azərbaycana gəlib getməsindən sonra baxıla bilər. Bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. Bu barədə olke.az xəbər verib.
Şahmar Mövsümovun sözlərinə görə, toy məclislərinə nəzarət yas mərasimlərinə nəzarətə nisbətddə asandır. Dövlət rəsmisi yasa toydan daha çox insanın axın etməsini bildirib. Bu səbəbdən yas mərasimlərinə tətbiq olunan məhdudiyyətlər qüvvədə qalmaqda davam edir.
“Təbii ki, “omicron” ştamı Azərbaycana gəlib gedəndən sonra növbəti mərhələlərdə bu məsələlərə baxmaq olar”, – deyə Prezidentin köməkçisi qeyd edib.
2020-ci ilin 13 mart tarixindən etibarən COVID-19-a görə Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunmuşdur. Məhdudiyyətlərə dəfn mərasimləri istisna olmaqla, yas mərasimlərinin təşkili də aid edilib. Bugün həmin qadağalardan əksəriyyəti aradan qaldırılıb, lakin yas mərasimlərinə olan məhdudiyyət hələdə qüvvədədir.