Ayat Quran İstedadlarının İnkişafı İnstitutunun direktoru Qurani-Kərimin hifzi və qiraəti sahəsində istedadlı şəxslərin yetişdirilməsi üçün beynəlxalq proqramın keçirildiyini bildirib. Bu barədə dekabrın 30-u İQNA xəbər verib.

Proqram ilk olaraq İranda təşkil olunub. Tədbir çərçivəsində iştirakçılar ölkənin müqəddəs ziyarətgahlarına aparılıblar.

Əvvələr bu tədbir yalnız İraqda İmam Hüseynin (ə.s) hərəminin təşəbbüsü ilə keçirilirdi. Lakin proqramın artıq müxtəlif ölkələrdə təşkili planlaşdırılır.