Müsəlmanlar üçün yaradılan “Wahed” halal sərmayə start-up şirkəti dünyanın bütün ölkələrində populyarlaşmağa başlayır. Bu barədə İQNA xəbər verib.

“Wahed” müsəlman investorları üçün İslam şəriətinə və əxlaqına uyğun elektron maliyə tədbiqidir. Şirkətin içki, silah, qumar, siqaret və sələmçilik kimi sərmayə yatırımlarından çəkindirmək üçün xüsusi nəzarət şurası var.

Sözügedən şirkət ABŞ-da 2019-cu ildən etibarən İslam qanunlarına əsasən fəaliyyət göstərir.