Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, ayaqqabı təmizdirsə, məscidə girməkdə heç bir məhdudiyyət yoxdur. Bu barədə dekabrın 27-si Pravda.ru xəbər verib.
“İslamda ibadətlərin digər dinlərdən fərqlənməsi nəzərə alınmalıdır. Əgər ayaqqabı təmizdirsə, məscidə ayaqqabı ilə girməkdə heç bir məhdudiyyət yoxdur. İslama görə, ibadətlərdə təmizlik əsas şərtlərdən biri sayılır. Qadınların kişilərlə birgə məscidə gəlməsi məsələsinə gəldikdə isə dində bununla bağlı qadağa yoxdur. İslam müəyyən şərtlər çərçivəsində bu məsələyə etiraz etmir”, – deyə Ceyhun Məmmədov bildirib.
Deputat hesab edir ki, İslam təmizliyə önəm verir. Lakin ayaqqabı ilə məscidə girməmək kimi məsələ İslamdan qaynaqlanmır. Kim məscidə gəlib xoşagəlməz əməl edirsə, onun ibadətgaha gəlməsinə ehtiyac yoxdur. “Din eyni zamanda, mədəniyyət və əxlaq məsələsidir”, – deyə deputat qeyd edib.
Bundan öncə, aktyor Kamran Həsənli məscidə ayaqqabıda girməklə bağlı öz fikirləri ilə paylaşıb. Sənətçi, həmçinin kişi və qadının birlikdə ibadət etməsini daha düzgün hesab etdiyini söyləyib. Onun bu sözləri sosial şəbəkələrdə birtərəfli qarşılanmayıb.