Çərəkə kitabının yeni nəşri çap olunub. Bu barədə dekabrın 27-si Qafqaz Müsəlmanları İdarəsi (QMİ) xəbər verib.

Dua kitabının QMİ-nin Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri tərtib edib. Kitabda Quran surələri, dualar, Cənazə namazının qılınma qaydası və meyyit təlqini yer alıb. Çərəkənin ərəbcə olan mətnində kəlmələrin cinsinin (kişi və ya qadın) müəyyənliyi üçün və təcvid qaydaları qırmızı və göy rənglərdən istifadə edilib.

Kitab artıq mağazalarda satışa çıxarılıb.