Özbəkistanın təhsil ocaqlarında hicab qadağan edilə bilər. Bu barədə dekabrın 27-si eastnews xəbər verib.
Beynəlxalq Türkistanlılar Dərnəyinin sədri Burhan Kavuncu bildirib ki, məsələ ilə bağlı sosial şəbəkələrdə dövlət rəsmilərinin səs yazısı yayılıb. Yazıda Nəvai və Cizzax şəhərlərində hicabın ləğvi barədə söhbət yer alıb. Bundan əlavə, sədr bu qadağanın bütün ölkəyə tətbiq ediləcəyini qeyd edib.
Bu ilin iyul ayında Özbəkistanda ictimai məkanlarda hicab geyinmək qadağası ləğv edilib. Budan əvvəl, ictimai yerlərdə dini görkəmdə dolaşmaq qadağan idi.