Dekabrın 27-si Ayətullah əl-Üzma Məkarim Şirazi peyvəndin üçüncü dozasını alıb. Alim, həmçinin peyvəndlə bağlı fikirlərini bildirib. Bu barədə hawzahnews xəbər verib.

Fəqihin sözlərinə görə, cismi sağlamlıq namazın qılınması qədər önəmli bir məsələdir. “Bəziləri deyirlər ki, biz nə olursa olsun peyvənd etmərik. Bu İslam məntiqi deyil və sağlamlığı qorumaq lazımdır”, – deyə Məkarim Şirazi qeyd edib.

Alim insanları həm öz, həm də ətrafdakıların sağlamlığını qorumağa çağırıb. Müctəhidin fətvasına əsasən, COVID-19 məsələsində mütəxəssislərin diaqnozu və məsləhəti ilə hərəkət emək lazımdır. Üstəlik digər insanları peyvənd olunmaqdan çəkindirmək də icazəli deyil.

Dekabrın 10-u Nuri Həmədani, Cavad Amuli, Şubeyri Zəncani, Safi Gülpayigani və Muhəqqiq Damad kimi böyük alimlər peyvənd olunub.