Türbə Bakının Şağan qəsəbəsində yerləşir.

Məqbərə düzbucaqlı formaya malikdir və yonulmuş sal daşdan tikilib. Türbənin hündürlüyü 2 metr olan, göy rənglə işlənmiş günbəzi var. Ziyarətgahın içərisində qəbir yerləşir. Qəbrin başdaşında və türbənin giriş qapısının üstündə daş kitabə həkk edilib.

Mənbə:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.