Masallı rayonu Boradigah kənd məscidində oğurluq hadisəsi olub. Hadisə dekabrın 24-nə keçən gecə baş verib. Bu barədə dekabrın 27-si DİN-ə istinadən Report xəbər verib.
Məlumatda bildirilib ki, məsciddən 1 ədəd işıq plafonu, 1 ədəd elektron saat, 3 ədəd fləşkart, 1 ədəd açar dəsti və 1 ədəd mikrofon oğurlanıb.
Hadisədə şübhəli bilinən Lənkəran şəhər sakini M.Əsədzadə və Viravul kənd sakini Z.Nəzərli saxlanılıblar.
Qeyd olunub ki, şübhəli bilinən M.Əsədzadə əvvəllər də oğurluğa görə məhkum olunub. Z.Nəzərlinin isə itkin düşdüyü üçün axtarışda olması bildirilib.