Ərdəbil valisi Hadi Ameli Azərbaycanla İran arasındakı Aslandüz keçid mənəqəsinin açıldığını bildirib. Bu barədə dekabrın 27-si Report xəbər verib.
Ərdəbil valisi bu tədbirin iki ölkə arasındakı ticarətin inkişafına imkan yaradacağını bildirib.
Koronavirusun “omikron” ştamının yayılmasının qarşısını almaq məqsədilə İran 25 dekabr tarixindən qonşu ölkələrlə quru sərhədini 15 gün müddətinə bağlayıb.