İmam Əli (ə.s) hərəmində Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin ildönümü münasibətilə keçirilən matəm məclislərində 5 mindən çox könüllü iştirak edib. Bu barədə dekabrın 5-i hərəmin mətbuat xidməti məlumat verib.
Məlumata görə, ziyarətçilərə xidmət göstərmək şərəfinə dair könüllülərin sorğuları məlumat bazasına toplanır. Daha sonra hərəm tərəfindən müəyyən könüllülər seçilir və ziyarətçilərə xidmət üçün göndərilir.