Dəməşqdə Xanım Zeynəbin (s.ə) və Xanım Ruqəyyənin (s.ə) hərəmlərində Quran festivalı keçirilib. Tədbir İmam Hüseyn (ə.s) hərəminin təşəbbüsü ilə təşkil olunub. Bu barədə dekabrın 25-i shafaqna xəbər verib.

Festival yeniyetmə qızlar arasında keçirilib. Qeyd olunub ki, tədbirdə 100-ə yaxın şəxs iştirak edib.

Açılış mərasimi Xanım Zeynəbin (s.ə) mövludu günü (10 dekabr) onun hərəmində baş tutub. Dünən isə Xanım Ruqəyyənin (s.ə) hərəmində festival başa çatıb.