Küveytli İslam alimi Abdullah Əhməd Sifr Abol media orqanlarının müsəlmanların birliyində olan rolundan danışıb. O medianın müsəlmanların gücləndirilməsində istifadə etməyin vacibliyini vurğulayıb. Bu barədə dekabrın 24-dü İQNA xəbər verib.

Alimin sözlərinə görə, bugün bir sıra media orqanları müsəlmanların arasında nifaq salır. O bunun qarşısını almağın yolunu eyni vasitələrdən istifadə etməkdə görür. Abdullah Əhməd kiberməkanı İslamı gücləndirməkdə başlıca alətlərdən biri hesab edir.

Kiberməkanın köməyi ilə müsəlmanlar mədəni fəaliyyətlə məşğul olub müxtəlif vebinarlar, tədbirlər, hətta maarifləndirici və elmi dərslər təşkil edə bilərlər. Küveytli din xadimi əlavə edib ki, müsəlmanların birliyinin əhəmiyyəti erkən yaşlardan uşaqlara təbliğ olunmalıdır.

Böyük Britaniyada 2018-2019-cu ildə dərc olunan 48 min məqalədən 60%-nin İslam və müsəlmanlarla mənfi bağlılığı olub.