Dekabrın 24-dü Ayətullah Seyyid Əli Sistaninin dəftərxanası qeyri-islami bayramların təşkili haqqında hökm dərc edib. Alimin fətvasına əsasən, yeni il qeyd etməyin özü özlüyündə işkalı yoxdur. Bu barədə müctəhidin rəsmi saytında da məlumat verilib.
Seyyid Sistaniyə qeyri-islami bayramlarda iştirakla bağlı sual ünvanlanıb. Alim cavabında bu işin fitnə-fəsad, əxlaqsızlıq və zəlalətə səbəb olmadığı təqdirdə görülməsinə icazə verildiyini qeyd edib.
Digər bir fətvaya əsasən, hətta müsəlmanların özünün də yeni ili qeyd etməsi günah deyil. Lakin bu işin görülməsi fitnə-fəsad və zəlalətə gətirib çıxararsa belə tədbirlərin təşkili qadağan edilir.
Dekabrın 18-dən yanvarın 7-dək müsəlmanlar Peyğəmbərin (s) qızı Xanım Fatimeyi-Zəhranın (ə.s) şəhadəti günlərini qeyd edir. Şəriətdə matəm günü bayram keçirməyin bir eybi olmadığı deyilir. Lakin məsələnin əxlaqi tərəfi bundan çəkinməyi tövsiyə edir.