Braziliyada yüksək vəzifəli məmurlar, biznes iderləri və din ekspertlərinin iştirakı ilə Qlobal Halal Ticarət Forumu keçirilib. Tədbirdə təqribən 3000 min nəfər iştirak edib. Bu barədə zawya xəbər verib.
Forumda dünyada halal iqtisadiyyatının vəziyyəti və bazarın digər ölkələrə şaxələnməsi haqda müzakirələr aparılıb. Braziliyadan ən çox məhsul idxal edən ölkələrin sırasında Türkiyə, İran, İndoneziya, Səudiyyə Ərəbistanı və Banqladeşdir.
Noyabr ayında İstanbulda keçirilən 7-ci Ümumdünya Halal Sammitində dünyada halal sənayenin iqtisadi həcmi 7 trilyon dollar təşkil etməsi bildirilib.