Qətərdə dövlət orqanları tərəfindən göy qurşağı rəngində olan uşaq oyuncaqları İslam dəyərlərinə zidd hesab edildiyi üçün mağazalardan müsadirə edilib. Bu barədə dekabrın 23-ü Globe Village Space xəbər verib.

Məlumatda qeyd olunub ki, Əmirliyin Ticarət və Sənaye Nazirliyi göy qurşağı rənglərinə etirazını bildirməsə də, bəzi oyuncaqların rəng sxemi LGBT bayrağına bənzəyir.  “Qətərin müxtəlif bölgələrində bir neçə pərakəndə satış məntəqəsində yoxlama kampaniyaları həyata keçirildi. Kampaniyalar bir sıra qanun pozuntularının, o cümlədən İslam dəyərlərinə zidd şüarlar olan uşaq oyuncaqlarının müsadirə edilməsi ilə nəticələndi”, – Ticarət və Sənaye Nazirliyi Twitter hesabında paylaşıb.

Psixoloji araşdırmalar oyuncaqların uşaqların dünyagörüşünə və inkişafına necə təsir etdiyini göstərir. Məsələn, qısa paltarlı “Barbie” kuklaları uşaqda qızların necə geyinməli olduğu obrazını formalaşdıra bilər. Azyaşlıların dünyagörüşünün formalaşmasında psixoloji iz qoya bilən belə oyuncaqlar çoxdur. Bir çox ilahiyyatçılar uşaqların tərbiyəsində diqqətli olmağa çağırır.