İslamda şəriət hökmlərini əldə etmək üçün din tələbəsinin ictihad dərəcəsi olmalıdır. İctihad dərəcəsi olan şəxsə müctəhid deyilir. Müctəhid Quran və hədislər əsasında şəriət hökmünü əldə edib ictimaiyyətə təqdim edir. Əvvələr elə tələbələr 20-30 yaş araında artıq müctəhidlik məqamına çatırdı. Hətta bəziləri 14-18 yaşlarında artıq ichihada yiyələnirdilər. Lakin bugün bu yaş həddi artıb.
Məsələyə professor höccətul-İslam vəl muslimin Hüseyn Bostan aydınlıq verib. Onun sözlərinə görə, əsas olan hökmlərin keyfiyyətidir. Yəni hökmlər dəqiq və doğru olmalıdır. Bundan əlavə alimin hökmləri müasir zəmanəyə uyğun olmalıdır.
Professor bir tələbənin nəinki dini elmlər, hətta müasir mövzular barədə məlumatlı olmasının vacibliyini vurğulayıb. Əgər tələbə zəmanəsinin mövzuları ilə tanış deyilsə, onun verdiyi hökmlər həqiqətə uyğun olmaya bilər. Bəzən isə o, ümumiyyətlə hökm verməkdə çətinliklə üzləşər. “Bugünkü iqtisadiyyat və media 40 il əvvəlkindən yerlə göy qədər fərqlidir və yenilənməsək, indiki deyil, 60 il əvvəl yaşayan insana faydalı olan fətva verərik”, – deyə Hüseyn Bostan qeyd edib.
Hər şeydən əlavə hövzə tələbələrinə üsul, əxlaq, fiqh, fəlsəfə, əqaid, Quran təfsiri, ərəb dili və bir sıra digər fənlər tədris olunur. Bu elmlərə mükəmməl yiyələnmək üçün isə illərlə vaxt sərf olunur.