Nyu-Yorkun Polis İdarəsinin açıqlamasında bildirilib ki, ştatda müsəlmanlara qarşı nifrət zəminində cinayətlər ötən ildən üç dəfə artıb. Bu barədə İQNA xəbər verib.

“Bu il biz İslamofob nifrət cinayətlərinin, xüsusən də məscidlərə qarşı cinayətlərin artdığını müşahidə etdik”, – deyə “Majlis Ash-Shura” şurasının rəhbəri Raja Abdulhaq bildirib.

Nyu-Yorkda 2020-ci ildə nifrət zəminində ümumi 252, bu ildə isə 503 cinayət qeydə alınıb.